Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutub Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub
Komanda
1 Oktyabr , 2017 17:51
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutub. 

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 3-cü yer uğrunda görüşdə Türkiyə yığmasına uduzub.

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən görüşə meydan sahibləri üstün başlasalar da, sonrakı setləri "ay-ulduzlular" öndə tamamlayıblar. Beləliklə, 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi çempionatın bürünc medallarına sahib olub. Azərbaycan yığması isə 12 ildən sonra qitə çempionatında yenidən 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, saat 19:00-da başlanacaq final görüşündə Serbiya və Hollandiya yığmaları üz-üzə gələcək.

Avropa çempionatı

1 oktyabr

3-cü yer uğrunda

16:00. Azərbaycan - Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)

19:00. Hollandiya - Serbiya

Hakimlər: Yuray Mokrıy (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)

Milli Gimnastika Arenası. 

Son xəbərlər

Orphus sistemi