Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə dünya çempionatına vəsiqə qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə dünya çempionatına vəsiqə qazanıb Azərbaycan milli komandası Hollandiyaya qalib gəlib
Komanda
3 İyun , 2017 19:13
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə dünya çempionatına vəsiqə qazanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0. 

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb. 

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi