Göygöl. 22 sentyabr. REPORT.AZ/ Qadınlardan ibarət Niderland yığması Gürcüstan və Azərbaycanda keçirilən Avropa çempionatının qrup mərhələsi matçında Belçika millisini məğlubiyyətə uğradıb.
"Report"un Qərb bürosu xəbər verir ki, "D" qrupu çərçivəsində Göygöl Rayon Olimpiya Kompleksində keçirilən görüş 3-1 (23:25, 25:12, 25:21, 25:14) hesabı ilə hollandların qələbəsi ilə yekunlaşıb.
***19:04
Göygöl. 22 sentyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun keçirilib.
"Report”un Qərb bürosunun məlumatına görə, I tur çərçivəsində B və D qrupunda qərarlaşan kollektivlər üz-üzə gəliblər.
İtaliya millisi Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə meydan sahiblərini məyus ediblər – 3:0. Göygöldə isə Serbiya yığması Çexiya komandasını eyni hesabla üstələyib.
Avropa çempionatı
I tur
B qrupu
İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)
Tbilisi. Yeni İdman Sarayı
D qrupu
Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)
Göygöl. Olimpiya İdman Kompleksi












