Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.
Komanda
24 Noyabr , 2019 10:48
Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.

Son xəbərlər

Orphus sistemi