Pekində yanvarın 27-də Olimpiya kəndi açılacaq

Pekində yanvarın 27-də Olimpiya kəndi açılacaq Pekində 2022-ci ilin Olimpiya Oyunları Kəndinin açılışı yanvarın 27-ə planlaşdırılır.
Komanda
115
27 Oktyabr , 2021 08:08
Pekində yanvarın 27-də Olimpiya kəndi açılacaq

Pekində 2022-ci ilin Olimpiya Oyunları kəndinin açılışı yanvarın 27-ə planlaşdırılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Pekində keçirilən Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, eyni zamanda Çin paytaxtı merinin müavini Çjan Szyandun keçirdiyi mətbuat konfransında bildirib.

“Dünyanın hər yerindən gələn idmançıları qarşılayacaq Olimpiya kəndinin rəsmi açılışı gələn il yanvarın 27-də baş tutacaq. Fevralın 2-də Olimpiya məşəlinin estafeti başlayacaq", - Çjan Szyandun əlavə edib.

2022-ci il Olimpiya Oyunlarının məşəli oktyabrın 20-də Afinadan Çin paytaxtına çatdırılıb.

XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək Pekində keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 2015-ci ilin 31 iyulunda Kuala-Lumpurda keçirilən sessiyasında Çin paytaxtını Olimpiadaya ev sahibi seçib.

Son xəbərlər

Orphus sistemi