Pakistanlı dünya çempionu Azərbaycan idmançılarını hazırlamağı təklif edib

Pakistanlı dünya çempionu Azərbaycan idmançılarını hazırlamağı təklif edib Gənclər və İdman Nazirliyinin nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirə turnirinə qatılacaq
Komanda
21 Noyabr , 2014 15:15
Pakistanlı dünya çempionu Azərbaycan idmançılarını hazırlamağı təklif edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Pakistana yollanıb. Nazirlikdən "Report"a verilən məlumata görə, elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, futbol sektorunun baş mütəxəssisi Əlniyaz Mirzəyev və beynəlxalq şöbənin əməkdaşı Nurlan Mərdanın qatıldığı səfər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Səfər müddətində onların bir sıra rəsmi görüşlər və müxtəlif idman qurğularına baxış keçirəcəyi bildirilib. Eyni zamanda heyət üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsinə Pakistanda keçirilən turniri izləyəcək, qalibləri mükafatlandıracaqlar.

Yerli mətbuatda da bu səfərə yer ayrılıb. "The News" nəşri yazır ki, Azərbaycan nümayəndə heyəti Pişəvərdəki "Qayyum Sports" idman kompleksinə baş çəkib, bir sıra rəsmi şəxslərlə, eləcə də skvoş idman növünün canlı əfsanəsi Canşir Xanla görüşüblər. Onlar skvoş matçını da izləyiblər. Azərbaycanlı heyət futbol və kriket akademiyalarındakı oyunçularla da bir araya gəliblər. Nazirlik rəsmiləri tennis kortu və otüstü hokkey stadionunda da olaraq yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, hər iki ölkə böyük yarış və tədbir keçirmək təcrübəsinə malikdir. Skvoş üzrə keçmiş dünya çempionu Qəmər Zaman nümayəndə heyətinə azərbaycanlı idmançıları hazırlamaq üçün xidmətini təklif edib. O, hər iki ölkədə idmançı mübadiləsinin əhəmiyyətini vurğulayıb. 

Qeyd edək ki, səfər noyabrın 24-də yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi