Yuxarı

​Oyun vaxtı daha bir idmançı dünyasını dəyişib

29 yaşlı idmançı milli komandanın üzvü olub

Bakı. 4 may. REPORT.AZ/ İngiltərənin reqbi üzrə I Divizionunda çıxış edən "Kiqli Kuqars"ın üzvü Denni Consun oyun vaxtı ürəyi tutub. "Report"un məlumatına görə, 29 yaşlı reqbiçi təcili olaraq xəstəxanaya aparılıb.

Buna baxmayaraq, Consu xilas etmək mümkün olmayıb. Matç isə başlandıqdan 16 dəqiqə sonra dayandırılıb.

Qeyd edək ki, Denni Cons Uels yığmasının üzvü idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi