Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi Futzal üzrə Azərbaycan millisi gələn həftədən Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün təlim-məşq toplanışına başlayacaq.
Komanda
15 Yanvar , 2021 13:01
Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

Futzal üzrə Azərbaycan millisi gələn həftədən Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün təlim-məşq toplanışına başlayacaq.

Federasiyanın Mətbuat katibi Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın müraciətini müsbət cavablandırıb.

Yığma komanda yanvarın 18-dən Bakı İdman Sarayında hazırlıqlara start verəcək.

Seçmə mərhələnin ilk turunda yanvarın 29-da evdə Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Yunanıstanın qonağı olacaq.

Slovakiya seçməsi Bakıya çarter reysi ilə gələcək. Yerli federasiyasının koordinatoru və meneceri Marek Kovaçikin sözlərinə görə, bu variant səfərə gedib-qayıtmaq üçün tələb olunan vaxtı 40 saat azaldacaq: "Belədə futzalçılar daha yaxşı hazırlaşa və öz oyunlarına adaptasiya ola biləcəklər".

Federasiyanın prezidenti Duşan Doboşiç isə bildirib ki, adi reyslə səyahət çətin olduğundan, belə qərar qəbul edilib: "Düzdür, bu, bahalı variantdır. Amma müəyyən analizlərdən sonra bunun üzərində dayandıq. Bununla vaxta da qənaət edəcəyik. 20 saatlıq uçuş, səfər zamanı məcburi fasilələr, virusa yoluxma riski və digər amillər komandaya mənfi təsir göstərə bilərdi. İnanıram ki, bu qərar məqsədimizə çatmağa kömək edəcək".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi