Millimizin baş məşqçisi və futbolçusu Xocalı sərgisində - FOTOLAR

Millimizin baş məşqçisi və futbolçusu Xocalı sərgisində - FOTOLAR Bu gün futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş Xocalıda can qaldı adlı sərgi ilə tanış olublar.
Komanda
25 Fevral , 2020 19:05
Millimizin baş məşqçisi və futbolçusu Xocalı sərgisində - FOTOLAR

Bu gün futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar.

"Report" Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, daha sonra iştirakçılar üçün ekskursiya keçirilib.

Qonaqları salamlayan Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli eksponatlar və guşələrlə bağlı maraqlı faktları onların diqqətinə çatdırıb. Rövşən Hüseynli isə milli komandanın heyətində debüt matçında geyindiyi formanı muzeyə hədiyyə edib.

Sonda muzey kollektivinə təşəkkür edən iştirakçılar qeyd dəftərinə öz ürək sözlərini yazıblar.

Son xəbərlər

Orphus sistemi