Yuxarı
    Bağlamaq

    ​Olimpiya çempionu vəfat edib

    Mərhumla vida mərasimi Kazanda yerləşən Dinamo idman kompleksində keçiriləcək

    Bakı. 5 yanvar. REPORT.AZ/ Qılıncoynatma üzrə olimpiya çempionu Olqa Knyazeva vəfat edib. "Report"un "Tatar-inform"a istinadən verdiyi məlumata görə, 61 yaşlı sabiq çempion Tatarıstanın Kazan şəhərində dünyasını dəyişib.

    O, bu gün torpağa tapşırılacaq. Mərhumla vida mərasimi Kazanda yerləşən "Dinamo" idman kompleksində keçiriləcək.

    Qeyd edək ki, O.Knyazeva qılıncoynatmanın rapira növü üzrə 1975-ci ildə dünya çempionu olmuş, bir il sonra isə Monrealda keçirilən olimpiya yarışlarında qızıl medala sahib çıxmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi