Olimpiada-2018: Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib

Olimpiada-2018: Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
Komanda
2 Oktyabr , 2018 22:49
Olimpiada-2018: Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər.

Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-biriləri ilə üz-üzə gələcəklər.

Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir.

Son xəbərlər

Orphus sistemi