Bakı. 18 dekabr. REPORT.AZ/ Norveçin qadınlardan ibarət həndbol komandası Avropa çempionu olub.
"Report" xəbər verir ki, Norveç təmsilçiləri İsveçdə keçirilən yarışda Niderland komandasına 30:29 hesabı ilə qalib gəliblər.
Fransa komandası isə Danimarkaya 25:22 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb.