Nodar Məmmədov: "Neftçi"ni təbrik etmək olmaz"

Nodar Məmmədov: "Neftçi"ni təbrik etmək olmaz" "Xəzər Lənkəran" komandası son dəqiqəyə qədər əlindən gələni etdi
Komanda
13 Fevral , 2016 19:57
Nodar Məmmədov: Neftçini təbrik etmək olmaz

Bakı. 13 fevral. REPORT.AZ/ "Neftçi"ni təbrik etmək olmaz. Çünkü onlar bizdən iki baş güclü idilər, lakin minimal fərqlə qalib gəldilər". "Report" xəbər verir ki, bu fikri "Neftçi" komandası ilə qarşılaşmadan sonra "Xəzər Lənkəran"-ın oyunçusu Nodar Məmmədov səsləndirib.

Nodar Məmmədov bildirib ki, "Xəzər Lənkəran" komandası son dəqiqəyə qədər əlindən gələni etdi. Amma nəsə çatışmadı.

O, həmçinin, bildirib ki, "Xəzər Lənkəran"la "Neftçi" arasında olan gərginliyə görə azarkeşlərdən bəziləri qeyri-etik ifadələr işlədiblər. "Söyüş futbola yaraşmaz", - deyə N.Məmmədov vurğulayıb. 

"Bizə bundan sonra bir qələbə lazımdır. Davamı gələcək", - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXI tur çərçivəsində keçirilən görüşdə paytaxt təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi