Bakı. 16 sentyabr. REPORT.AZ/ "Neftçi" İdman Klubu 20 sentyabr - Neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edib. "Report"un məlumatına görə, 14 idman növü (atletika, üzgüçülük, mini-futbol, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə keçirilən XXIII Spartakiadaya 1 239 iştirakçı qatılıb.
31 müəssisədən olan komandaların qatıldıqları yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, atletika növündə İsmət Qayıbov adına Təlim-İdman Bazasında, üzgüçülük növündə isə "Start” İdman Kompleksində keçirilib.
Nəticələrə əsasən,
Qaliblərə "Neftçi" İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.