"Neftçi" Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib

"Neftçi" Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib 2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər.
Komanda
30 Sentyabr , 2023 15:41
Neftçi Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib

2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər.

"Report"un məlumatına görə, "Neftçi" Xaçmaz təmsilçisi NTD INDIGO ilə yoxlama görüşü keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalındakı qarşılaşma paytaxt klubunun 98:90 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, NTD INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi