NBA-nın sabiq basketbolçusu həbsxanada öldü

NBA-nın sabiq basketbolçusu həbsxanada öldü NBA-nın (Milli Basketbol Assosiasiyası) sabiq basketbolçusu Eddi Conson dünyasını dəyişib.
Komanda
529
6 Noyabr , 2020 11:04
NBA-nın sabiq basketbolçusu həbsxanada öldü
Eddi Conson

NBA-nın (Milli Basketbol Assosiasiyası) sabiq basketbolçusu Eddi Conson dünyasını dəyişib.

"Report" TMZ nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı veteran oyunçu Florida ştatında saxlanıldığı həbsxanada vəfat edib. Onun ölümünə xəstəlik səbəb olub.

ABŞ-dan olan idmançı 2008-ci ildə 8 yaşlı qıza təcavüz ittihamı ilə həbs olunmuşdu. Keçmiş basketbolçuya ömürlük azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Qeyd edək ki, Eddi Conson karyerası ərzində ölkəsində "Kanzas-Siti Kinqz" ("Sakramento Kinqz"), "Finiks Sanz", "Sietl Supersoniks", "Şarlott Hornets", "İndiana Peysers", "Hyuston Rokets" və Yunanıstanda "Olimpiakos" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi