NBA-da daha bir qarşılaşma təxirə salındı

NBA-da daha bir qarşılaşma təxirə salındı Milli Basketbol Assosiasiyasında (NBA) bu gün keçirilməli olan "Boston" - "Mayami" oyunu təxirə salınıb.
Komanda
11 Yanvar , 2021 10:46
NBA-da daha bir qarşılaşma təxirə salındı

Milli Basketbol Assosiasiyasında (NBA) bu gün keçirilməli olan "Boston" - "Mayami" oyunu təxirə salınıb.

"Report" xəbər verir ki, "Mayami"nin bir neçə basketbolçusu koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alınıb.

Komandanın heyətində NBA tibbi protokoluna görə qarşılaşma üçün tələb olunan 8 oyunçu yer almayıb.

"Boston"un da bir neçə üzvü eyni səbəbdən karantindədir.

Qeyd edək ki, NBA-da daha əvvəl dekabrın 23-nə planlaşdırılan "Hyuston" - "Oklahoma" görüşü də koronavirusa görə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi