NBA-da daha 2 oyunçu koronavirusa yoluxdu

NBA-da daha 2 oyunçu koronavirusa yoluxdu Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Vaşinqton" klubunun iki üzvündə koronavirus aşkarlanıb.
Komanda
202
10 İyul , 2020 11:04
NBA-da daha 2 oyunçu koronavirusa yoluxdu

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Vaşinqton Uizards" klubunun iki üzvündə koronavirus aşkarlanıb.

"Report" "Washington Post"a istinadən xəbər verir ki, infeksiyaya yoluxan oyunçular Tomas Brayant və Qeri Peytondur.

Bu səbəbdən hər iki basketbolçu mövsümün qalan hissəsinin keçiriləcəyi Orlandoya aparılmayıb. Paytaxt təmsilçisinin digər oyunçusu Qarrison Mettyuz isə şəxsi məsələlərə görə sözügedən sözügedən şəhərə yollanmayıb. Həmin basketbolçuların sonradan komandaya qoşulub-qoşulmayacaqları bilinmir.

Qeyd edək ki, bunadək NBA-da 351 oyunçudan götürülən analizlərdən 25-nin cavabı müsbət çıxıb.

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan mövsüm iyulun 30-da bərpa olunacaq. Qarşılaşmalar 22 klubun iştirakı ilə Disney İdman Kompleksində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi