NBA-da basketbolçuya 12 oyunluq cəza verildi

NBA-da basketbolçuya 12 oyunluq cəza verildi Səbəb 25 yaşlı oyunçunun törətdiyi əməli etiraf etməsidir
Komanda
26 Fevral , 2021 11:19
NBA-da basketbolçuya 12 oyunluq cəza verildi

Milli Basketbol Assosiasiyası (NBA) "Minnesota"da çıxış edən Malik Bizlini 12 oyunluq cəzalandırıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı oyunçunun törətdiyi əməli etiraf etməsidir.

Basketbolçunun diskvalifikasiyası fevralın 27-dən başlayacaq. Həmin dönəmdə onun maaşı da kəsiləcək.

Qeyd edək ki, Malik Bizli bu ay 120 günlük həbs cəzasına məhkum edilib. O, 2020-ci ilin sentyabrında ev axtaran ailəli cütlüyə və onların qızlarını evinin yanında maşın saxladıqları üçün silahla hədələyib. Daha sonra polis basketbolçunun evində silah və marixuana aşkarlayıb.

Bizli 2020-ci ildən "Minnesota"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi