Yuxarı
    Bağlamaq

    Nazir: "Komanda idman növlərində də nailiyyətlər əldə edilməlidir"

    Futboldakı uğurlarımız göz qabağındadır

    Bakı. 1 dekabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsinin (MOK) qarşısında duran hədəflər müəyyənləşib.

    "Report"un məlumatına görə, bu barədə jurnalistlərə MOK-un vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

    O bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 18 medal qazanılıbsa, "Tokio-2020"də bu rəqəm daha çox olmalıdır.

    Nazir komanda növlərində də uğurların qazanılmasının vacibliyini vurğulayıb: "İndi həndbol və voleybol federasiyalarına yeni prezidentlər seçilib. Futbolda uğurlarımız göz qabağındadır. Bunlar o deməkdir ki, qarşımızda duran yeni hədəf komanda idman növlərinin daha yüksək mərhələyə çatdırılması və nailiyyətlərin əldə edilməsidir".

    A.Rəhimov bunlarla yanaşı, əldə olunan uğurları qorumağın, bütün tələblərə uyğun idman siyasəti aparmağın vacibliyini dilə gətirib: "Məqsədimiz odur ki, idmana daha çox gənc cəlb olunsun, idman qurğularının qapıları açıq olsun və orada müasir səviyyəli işlər təşkil olunsun".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi