MOK-un vitse-prezidenti: “Rio-2016-da Azərbaycan idmançılarından azı 3 qızıl medal gözləyirik”

MOK-un vitse-prezidenti: “Rio-2016-da Azərbaycan idmançılarından azı 3 qızıl medal gözləyirik” “56 idmançının yarısı medallar qazanmağa namizəd idmançılardır”
Komanda
22 İyul , 2016 18:24
MOK-un vitse-prezidenti: “Rio-2016-da Azərbaycan idmançılarından azı 3 qızıl medal gözləyirik”

Bakı. 22 iyul. REPORT.AZ/ “Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarından ən azı 3 qızıl medal gözləyirik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, idmanda proqnoz vermək adətən çətin olur: “Sonuncu olimpiadada 53 idmançı ilə 10 medal qazanmışdıq. Bu il də Brazilayadakı oyunlarda keçən ilki nəticəni daha da yaxşılaşdırmalıyıq. Təxminən 11-12 medal mütləq qazanmalıyıq. Əlbəttə ki, medalların sayı kəmiyyətcə çoxalsa da, keyfiyyətcə də artacağını gözləyirik. Qızılların sayını bir az artırmalıyıq. Ən azı 3 qızıl medal almalıyıq”.

MOK-un vitse-prezidenti qeyd edib ki, builki heyət buna tam imkan verir: “56 idmançının yarısı medallar qazanmağa namizəd idmançılardır. Biz öz layiqli yerimizi tutmalıyıq”.  

Son xəbərlər

Orphus sistemi