Yuxarı
    Bağlamaq

    ​Millinin hücumçusu: "Azarkeşlərin səsini eşitmək xoş idi" - MÜSAHİBƏ

    Əsas istəyimiz ikinci hissədə qapıdan top buraxmamaq idi

    Bakı. 23 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisinin hücumçusu Vitali Borisovun "Report"a müsahibəsi

    - Dünya çempionatının seçmə mərhələsinin "play-off" raundunda keçirilmiş Hollandiya ilə oyundan 5:1 hesablı qələbə ilə ayrıldınız. Oyunla bağlı təəssüratınız necədir?

    - Oyun gözlədiyimiz kimi bir az çətin keçdi. Çünki meydança bizim üçün ağır idi. Top da həmin meydança üçün uyğun deyildi. Həmin zalda hər şey sürətlə baş verirdi. Ona görə də topu düzgün idarə edə bilməyimizdə çətinlik yaranırdı. Ancaq bütün imkanlardan 70 faiz istifadə edə bildik.

    - Fasilədə nə dəyişdi?

    - Birinci fasiləyə 2:1 hesabı ilə öndə çıxdıq. Əsas istəyimiz ikinci hissədə qapıdan top buraxmamaq idi. Buna da nail ola bildik. Çünki bunun üçün bütün imkanlarımızdan istifadə etdik.

    - Rəqibin zəif tərəfi nə idi?

    - Zərbə mövqeyindən çox az istifadə edirdilər. Bəlkə də biz onlara imkan vermirdik. Taktiki olaraq az da olsa, bizdən zəif idilər.

    - Bu, ikinci oyunu formallığa çevirə bilər?

    - Əlbəttə ki, yox. Çünki futzal oyunu futbol kimi deyil.

    - Kolumbiyada keçiriləcək dünya çempionatına indidən bilet sifariş vermək olar?

    - Bunun üçün aprelin 12-də Bakıda keçiriləcək cavab oyununun nəticəsini gözləmək lazımdır.

    - Hollandiyadakı qarşılaşmada qazanılan qələbə istər-istəməz insanı rahatlaşdırır. Bu cavab oyun üçün arxayınçılıq yaratmaz?

    - Təbii ki, 5:1 hesabı ilə qələbə qazanmaq yaxşı göstəricidir. Yenə də arxayın olmaq lazım deyil. Əsas Bakıda keçiriləcək cavab oyununda qələbə qazanmaq lazımdır. İndiki qələbəmiz sadəcə cavab oyunu üçün bizim üstünlüyümüz deməkdir. Bundan əlavə, insanlar meydançada bizə çox yaxşı dəstək oldular. Oyun zamanı onların səsini eşitmək çox xoş idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi