Millimizin üzvü Macarıstan klubuna keçdi

Millimizin üzvü Macarıstan klubuna keçdi Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Həsənova komandasını dəyişib.
Komanda
386
11 Yanvar , 2021 20:38
Millimizin üzvü Macarıstan klubuna keçdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Həsənova komandasını dəyişib.

"Report" xəbər verir ki, Fransanın "Volero Le-Kanne" komandasından ayrılan 26 yaşlı blokçu Macarıstan təmsilçisi "MCM-Diamant"a keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Ukrayna əsilli voleybolçunun Kapoşvar klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Keçidi ilə bağlı təəssüratlarını bölüşən Həsənova yeni komandasına həm meydanda, həm də kənarda xeyir vermək istədiyini bildirib: "Məqsədimiz hər oyunda qalib gəlməkdir. Macarıstan çempionatının son illərdə güclənməsindən xəbərim var. Bu isə bizi Çağırış Kubokunun yarımfinalında oynamaq üçün motivasiya edir. Kapoşvar şəhərini sevdim. Şəhərin mərkəzi çox xoşuma gəlir. Əla baş məşqçimiz var. Komanda yoldaşlarımızla birlikdə yaxşı iş görə bilərik. İlk oyunlarımı səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Olena Həsənova son 3 mövsümü "Volero Le-Kanne" klubunda keçirib.

Son xəbərlər

Orphus sistemi