Yunanıstan klubu voleybolçumuzu ermənilərə görə heyətdən kənarlaşdırdı

Yunanıstan klubu voleybolçumuzu ermənilərə görə heyətdən kənarlaşdırdı Rəsmi açıqlamaya əsasən, baş məşqçi Kostas Arseniadis voleybolçunu bəyənmədiyi üçün bu addım atılıb. Hərçənd, hazırlıq prosesinin əvvəlindəcə belə qərarın verilməsi müəmmalar doğurur
Komanda
13 Oktyabr , 2020 12:03
Yunanıstan klubu voleybolçumuzu ermənilərə görə heyətdən kənarlaşdırdı

Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan kənarlaşdırılır.

"Report" "Fosonline" nəşrinə istinadən xəbər verir ki, Jidkova Afinaya gedərək komanda ilə hazırlıqlara başlayıb. Lakin o, komandanın sifariş ərizəsinə daxil edilməyib. Rəsmi açıqlamaya əsasən, baş məşqçi Kostas Arseniadis voleybolçunu bəyənmədiyi üçün bu addım atılıb. Hərçənd, hazırlıq prosesinin əvvəlindəcə belə qərarın verilməsi müəmmalar doğurur.

Şayiələrə əsasən, Jidkova Ermənistan - Azərbaycan münasibətlərinə görə qovulub. Bildirilib ki, oyunçunun AEK-də olması ermənilər tərəfindən problem kimi qəbul ediləcək. 31 yaşlı oyunçunun Ermənistan - Azərbaycan arasındakı müharibəyə görə göndərildiyi iddia edilir.

Qeyd edək ki, Katerina Jidkova AEK-ə sentyabrın ortalarında keçmişdi.

Katerina Jidkova
Katerina Jidkova

Son xəbərlər

Orphus sistemi