Millimizin oyunçusu "Real Madrid"lə yeni müqavilə imzalayır

Millimizin oyunçusu "Real Madrid"lə yeni müqavilə imzalayır Bu, onun "kral klubu"nda 10-cu mövsümü olacaq
Komanda
408
6 Aprel , 2021 18:05
Millimizin oyunçusu Real Madridlə yeni müqavilə imzalayır
Ceysi Kerroll

Azərbaycan millisinin sabiq basketbolçusu Ceysi Kerroll İspaniya "Real Madrid"i ilə yeni müqavilə imzalayacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.

38 yaşlı yarımmüdafiəçi kluba müraciət edərək daha bir il komandada qalmaq niyyətində olduğunu bildirib. Onun istəyi müsbət qarşılanıb.

Təcrübəli oyunçunun sözləşməsinin müddəti daha 1 il uzadılacaq. Bu, onun "kral klubu"nda 10-cu mövsümü olacaq.

Qeyd edək ki, Ceysi Kerroll 2013-cü ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi