Millimizin oyununa qadın hakim təyinat aldı

Millimizin oyununa qadın hakim təyinat aldı Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə ev, Yunanıstanla isə səfər oyunlarına hakim təyinatları açıqlanıb.
Komanda
21 Yanvar , 2021 15:23
Millimizin oyununa qadın hakim təyinat aldı

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə ev, Yunanıstanla isə səfər oyunlarına hakim təyinatları açıqlanıb.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər.

Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını azərbaycanlı Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Yunanıstanla Afinadakı oyunu isə Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Görüşün əsas referisi İbrahim El Jilali, ikinci hakimi Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 29-da Slovakiya ilə, fevralın 2-də isə Yunanıstanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi