Millimizin oyununa türk hakim təyinat aldı

Millimizin oyununa türk hakim təyinat aldı F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb
Komanda
214
21 Aprel , 2021 15:26
Millimizin oyununa türk hakim təyinat aldı
Erdal Akıncı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Monteneqro, Gürcüstan və Yunanıstana qarşı matçlarını idarə edəcək hakimlər açıqlanıb.

"Report"un məlumatına görə, F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb.

Görüşlərdə ədaləti Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) qoruyacaqlar.

Qeyd edək ki, təsnifat mərhələsində I dövrənin oyunları 7 - 9 mayda Gürcüstanda, II dövrənin matçları isə 14 - 16 mayda Monteneqroda təşkil olunacaq. Azərbaycan millisi ilk görüşünü mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi