Millimiz İrandakı beynəlxalq turnirə dəvət alıb

Millimiz İrandakı beynəlxalq turnirə dəvət alıb Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirdə iştirak edə bilər.
Komanda
12 Yanvar , 2021 14:02
Millimiz İrandakı beynəlxalq turnirə dəvət alıb

Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb.

"Report"un məlumatına görə, bu barədə İran Futzal Federasiyasının prezidenti Daud Pərhizkar "Tasnim" agentliyinə açıqlamasında bildirib.

O, Azərbaycan Futzal Federasiyasından cavab gözlədiklərini söyləyib: "Hələlik bizə cavab verilməyib. Azərbaycan dəvətimizi qəbul etsə, İraq millisini də bu turnirə cəlb etmək üçün danışıq aparacağıq".

Qeyd edək ki, turnirin fevralda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi