Millimiz beynəlxalq turnirdə koronavirus aşkarlanan komandanı əvəzləyib

Millimiz beynəlxalq turnirdə koronavirus aşkarlanan komandanı əvəzləyib Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Polşadakı "Vaqner Memorial"də iştirakının səbəbi açıqlanıb.
Komanda
9 İyul , 2021 14:07
Millimiz beynəlxalq turnirdə koronavirus aşkarlanan komandanı əvəzləyib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Polşadakı "Vaqner Memorial"də iştirakının səbəbi açıqlanıb.

"Report" "polsatsport.pl" saytına istinadən xəbər verir ki, Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv turnirə sonradan dəvət olunub.

Daha əvvəl iştirakı təsdiqlənən Tunis yığmasının bir neçə voleybolçusunda koronavirus aşkarlandığından komanda Polşaya yollanmaqdan imtina edib. Nəticədə bu kollektivi Azərbaycan millisi əvəzləyib.

Qeyd edək ki, turnirdə Azərbaycan millisinin rəqibləri Misir, Norveç və ev sahibi Polşa kollektivləri olacaq. Yığma ilk matçını bu gün Misirə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi