Yuxarı

​Milli komandanın üzvü: "Qarşıdakı hər oyunda qələbə üçün mübarizə aparacağıq"

Qrup mərhələsini başa vurub yarımfinala yüksələcəyik

Bakı. 4 iyun. REPORT.AZ/ "Yaxşı oynadıq və qələbə qazandıq. Qəbələ qazandığımız üçün çox məmnunam". 

"Report"un məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Bayramova deyib.

Komandada yeni gənc qızların olduğunu söyləyən hücumçu Fransa üzərində qazanılan 3:0 hesbalı qələbənin əhəmiyyətli olduğunu bildirib: "Çalışacağıq ki, eyni sürətlə də davam edək. Qarşıdakı hər oyunda qələbə üçün mübarizə aparacağıq. İnanıram ki, qrup mərhələsini başa vurub yarımfinala yüksələcəyik".

Qeyd edək ki, Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Monteneqro yığması ilə qaşrılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi