Azərbaycan millisinin baş məşqçisi: "Rusiya yığmasını yaxşı tanıyıram"

Azərbaycan millisinin baş məşqçisi: "Rusiya yığmasını yaxşı tanıyıram" "Rəqibə də oynamağa imkan vermir"
Komanda
9 Fevral , 2016 10:01
Azərbaycan millisinin baş məşqçisi: Rusiya yığmasını yaxşı tanıyıram

Bakı. 9 fevral. REPORT.AZ/ "Biz narahat idik, oyunçuları izləyirdik. Qrupdan çıxmaq istəyirdik. Həyacan vardı, ancaq İtaliyanın Çexiyanın qapısından keçirdiyi ikinci topdan sonra bu həyacan öldü". "Report"un məlumatına görə, bunu UEFA-nın rəsmi saytına açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faustino Peres deyib.

Yığmanın Serbiyanın Belqrad şəhərində keçirilən Avropa çempionatındakı çıxışından danışan ispaniyalı mütəxəssis mübarizə apardıqları D qrupunda İtaliyanın yaxşı çıxış etdiyini və birinci yerə layiqli olduqlarını söyləyib: "Görək biz Rusiya ilə matçda artıra biləcəyikmi? Ümid edirəm ki, bu mərhələyə yüksəlmək bizə əlavə güc və özünə inam verib. Rusiya yığmasını yaxşı tanıyıram. Çünki Moskva "Dinamo"sunda ikən hazırda millidə olan bir neçə futbolçu ilə işləmişəm və onlar da məni yaxşı tanıyır. Rusiya yaxşı oyun nümayiş etdirir. Üstəlik, rəqibə də oynamağa imkan vermir".

Qeyd edək ki, futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Rusiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi