Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin baş məşqçisi: "Qırmızı vərəqə nəticəyə təsir etdi"

    İtaliya millisinin qapıçısı keçilməz oldu

    Bakı. 4 fevral. REPORT.AZ/ "Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir". "Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez Serbiyanın paytaxtı Belqradda İtaliya yığması ilə keçirdikləri Avropa çempionatının final mərhələsi qarşılaşmasından sonra deyib.

    İspaniyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətə baxmayaraq, bədbin olmadığını bildirib: "Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı gözəl oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu".

    Qeyd edək ki, millinin növbəti rəqibi Çexiya yığması olacaq. Görüş fevralın 5-də baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi