Meksikada olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri Azərbaycan millisi üçün uğurlu olub

Meksikada olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri Azərbaycan millisi üçün uğurlu olub Rüstəm Orucov millimizin aktivinə daha bir medal yazdırıb.
Komanda
29 May , 2016 03:02
Meksikada olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri Azərbaycan millisi üçün uğurlu olub

Bakı. 29 may. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri davam edir. “Report” xəbər verir ki, mötəbər turnirin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub: - idmançımız Rüstəm Orucov millimizin aktivinə daha bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, daha sonra belçikalı Dirk van Tileti məğlub edib. 

Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. Orucov bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi