Matuş Kiyovski: "Azərbaycan millisini yaxşı tanıyırıq"

Matuş Kiyovski: "Azərbaycan millisini yaxşı tanıyırıq" "Əhval-ruhiyyə yaxşıdır. Əsas odur ki, normal hazırlıq keçə bildik".
Komanda
27 Yanvar , 2021 19:50
 Matuş Kiyovski: Azərbaycan millisini yaxşı tanıyırıq

"Əhval-ruhiyyə yaxşıdır. Əsas odur ki, normal hazırlıq keçə bildik".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futzalçısı Matuş Kiyovski yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

32 yaşlı oyunçu Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivi yaxşı tanıdıqlarını bildirib: "Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Məşqlərdə müdafiə və hücumda necə oynamalı olduğumuzu aydınlaşdırmağa çalışırıq".

Heyətdəki itkilərə də toxunan təcrübəli futzalçı qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Təəssüf ki, 3 aparıcı oyunçumuz meydana çıxa bilməyəcək. Buna baxmayaraq, uğur qazanmaq üçün hər şeyi edəcəyik. Bakıda oyun öncəsi daha 2 məşqimiz olacaq. Həmin vaxt bəzi taktiki məsələləri də həll edəcəyik. Ümid edirəm ki, uçuş yaxşı keçəcək".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq. Rəqib Bakıya yanvarın 28-də çarter reysi ilə gələcək.

Son xəbərlər

Orphus sistemi