Yuxarı

Yunanıstanlı mafiya lideri oyundan sonra hakimləri ölümlə hədələyib

Hakimlərdən biri türkiyəli olub

Bakı. 22 aprel. REPORT.AZ/ Basketbol üzrə Avroliqada "Panatinaikos" və ÇSKA-nın kişilərdən ibarət komandaları arasındakı görüşdən sonra qalmaqal baş verib. "Report"un "Radikal"a istinadən verdiyi məlumata görə, Yunanıstan klubunun rəsmisi Dimitris Giannakopulos oyundan sonra hakimlər otağına hücum edib.

Mafiya lideri olduğu iddia edilən Giannakopulosun otaqda hakimləri təhqir etdiyi və onları ölümlə hədələdiyi bildirilib. Hadisədən sonra hakimlər polis nəzarəti altında hotelə aparılıb. Hakimlərdən biri türkiyəli Recep Ankaralı, o biri xorvatiyalı Sreten Radoviç, digəri isə sloveniyalı Dair Yavor olub.

Qeyd edək ki, bir müddət öncə Avroliqanın Nizam İntizam Komitəsi Dimitris Giannakopulosu "Panatinaikos"un prezidenti postundan uzaqlaşdırıb. Amma o, ailəsi ilə birgə kluba rəhbərlik etməkdə davam edir. D.Giannakopulosun Yunanıstanda mafiya lideri olduğu iddia edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi