"Los-Anceles Leykers" 17-ci dəfə NBA çempionu oldu

"Los-Anceles Leykers" 17-ci dəfə NBA çempionu oldu Milli Basketbol Assosisiyasında (NBA) 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Komanda
969
12 Oktyabr , 2020 11:23
Los-Anceles Leykers 17-ci dəfə NBA çempionu oldu

Milli Basketbol Assosisiyasında (NBA) 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, final mərhələsinin 6-cı oyununda "Mayami" komandasına qalib gələn (106:93) "Los-Anceles Leykers" ümumi hesabı 4:2 edərək çempion olub.

Los-Anceles şəhərinin eyniadlı təmsilçisi tarixində 17-ci dəfə qızıl medallara sahib çıxıb.

Qalib komandanın basketbolçusu Lebron Ceyms isə karyerası ərzində 4-cü dəfə final mərhələsinin ən dəyərli oyunçusu seçilib. Pley-off çərçivəsində 260 oyun keçirmiş Ceyms bu göstəricidə Darek Fişeri qabaqlayaraq NBA tarixində ilk sıraya yüksəlib.

Qeyd edək ki, "Los-Anceles Leykers" finaladək "Portlend", "Hyuston" və "Denver" klublarını eyni hesabla (4:1) məğlub edib.

Son xəbərlər

Orphus sistemi