Yuxarı

​"Lokomotiv"in baş məşqçisi: "Çalışacağıq ki, "qızıl set"ə ehtiyac qalmasın"

2:3 hesablı məğlubiyyət də oyunu qızıl setə aparacaq

Bakı. 11 fevral. REPORT.AZ/ "Biz bu oyunu göstərmək istəyirdik. Rəqib çox güclü komanda idi. Çətin oyun oldu, amma qalib gəlməyi bacardıq".

"Report"un məlumatına görə, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubunun baş məşqçisi Karlo Parizi İsveçrə "Volero"sunu Bakıda 3:2 hesabı ilə yendikləri ilk "pley-off" matçından sonra deyib.

56 yaşlı mütəxəssis fevralın 25-də keçiriləcək cavab görüşündə daha yaxşı oynamağa çalışacaqlarını bildirib: "Sürixdəki qarşılaşmayadək Azərbaycan Super Liqasında "Azərreyl" və "Azəryol"la oyunlarımız var. Hazırlıqlarımızı davam etdirəcək və "Volero" ilə səfər qarşılaşmasında bundan da güclü oynamağa çalışacağıq ki, "qızıl set"ə ehtiyac qalmasın".

Qeyd edək ki, "Lokomotiv" cavab görüşündə "Volero"ya 0:3 və ya 1:3 hesabı ilə uduzsa, mübarizəni dayandıracaq. 2:3 hesablı məğlubiyyət isə oyunu "qızıl set"ə aparacaq. Bu səbəbdən, Azərbaycan klubu 6 ən güclü komanda sırasına çıxmaq üçün İsveçrədə də istənilən hesabla qələbə qazanmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi