​"Lokomotiv" Çempionlar Liqasında Ştutqart klubunu məğlub edib

​"Lokomotiv" Çempionlar Liqasında Ştutqart klubunu məğlub edib "Telekom" voleybol klubu isə Almaniya səfərində məğlubiyyətlə üzləşib
Komanda
26 Noyabr , 2015 07:02
​Lokomotiv Çempionlar Liqasında Ştutqart klubunu məğlub edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Telekom" və "Lokomotiv" klubları Çempionlar Liqasında III turun oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, hər iki komanda Almaniya təmsilçiləri ilə qarşılaşıb.

"A" qrupunda yer alan "Lokomotiv"ə Ştutqart şəhərinin MTV klubu rəqib olub. Bakıdakı Voleybol Mərkəzində baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Birinci və üçüncü setdən 25:18, ikinci setdən isə 25:17 hesablı üstünlüklə ayrılan "Lokomotiv" qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Daha öncə bu klub "Azərreyl"i 3:1 hesabı ilə yenib. İlk turda Rusiyanın "Dinamo" (Kazan) komandası ilə səfər matçında məğlubiyyət qeydə alınıb - 1:3.

Qrup çərçivəsində keçiriləcək 3-cü turun digər matçında "Azərreyl" noyabrın 26-da Kazan "Dinamo"sunun qonağı olacaq. Hazırda "Lokomotiv" "Dinamo" ilə birgə 6 xalla ilk 2 yeri bölüşür.

"Telekom" isə "Drezdner"in qonağı olub. Hər 3 setdə üstün olan meydan sahibləri eyni hesablı qələbəyə imza atıb - 3:0 (25:16, 25:21, 26:24). Bununla da "Telekom" ardıcıl 3-cü məğlubiyyətə düçar olub. Əvvəlki 2 oyunda Azərbaycan təmsilçisi Polşa "İmpel"inə 0:3 və Türkiyə "Fənərbağça"sına 2:3 hesabı ilə uduzub. Hazırda Zoran Qayiçin baş məşqçisi olduğu komanda 1 xalla "E" qrupunda sonuncudur.

Son xəbərlər

Orphus sistemi