"Lənkəran"ın baş məşqçisi: "Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm"

"Lənkəran"ın baş məşqçisi: "Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm" Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm.
Komanda
13 mart 2025 19:58
Lənkəranın baş məşqçisi: Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm

Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm.

"Report"un məlumatına görə, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının XVIII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belaruslu mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

"Qalib gəlmək üçün çalışdıq, amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik. Bu da məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq. Ötən matçda olduğu kimi, yenə də çoxlu top itkilərinə yol verdik ki, bu da əks-hücumlarla nəticələndi. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".

Qeyd edək ki, "Lənkəran" - "Quba" qarşılaşması ikincilərin 95:86 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi