KXDR Qış Olimpiadasına taekvondo üzrə nümayiş komandasını göndərəcək

KXDR Qış Olimpiadasına taekvondo üzrə nümayiş komandasını göndərəcək Oyunlarda həmçinin Şimali Koreya rəqqasları və musiqiçiləri çıxış edəcəklər
Komanda
9 Yanvar , 2018 08:51
KXDR Qış Olimpiadasına taekvondo üzrə nümayiş komandasını göndərəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ KXDR Pxençanda keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarına öz rəqqas və musiqiçilərini, həmçinin taekvondo üzrə nümayiş komandasını göndərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Koreya Respublikasının Vəhdət Nazirliyinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, belə bir razılaşma çərşənbə axşamı Pxanmuncom sərhəd məntəqəsində nazirlər səviyyəsində baş tutan danışıqlar zamanı əldə olunub. Şimali Koreyanın öz idmançılarını Olimpiadaya göndərib-göndərməyəcəyinə dair məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi