Bakı. 18 aprel. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışları davam edir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışların ilk günü 100 metr və 3000 metr məsafəyə qaçış üzrə estafet, həmçinin voleybol yarışları keçirilib.
Aprelin 21-dək davam edəcək yarışlarda iştirakçılar güclərini idmanın beş növündə sınayır.





