Yuxarı
    Bağlamaq

    ​Kosovo FİBA-ya üzv olub

    Bu barədə Kosovo Basketbol Federasiyasının prezidenti Erolld Belequ şəxsi twitter hesabında məlumat yayıb

    Bakı. 14 mart. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyası (FİBA) Kosovonun üzvlüyünü rəsmən qəbul edib. "Report" xəbər verir ki, bu barədə Kosovo Basketbol Federasiyasının prezidenti Erolld Belequ şəxsi "twitter" hesabında məlumat yayıb.

    O, FİBA-nın 215-ci üzvləri olduqlarını bildirib: "13 mart tarixində Kosovo rəsmi olaraq FİBA-nın 215, FİBA Avropanın isə 52-ci üzvü oldu. Xeyirli olsun, Kosova!"

    Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi də ötən il Fransanın Monako şəhərində keçirdiyi iclasda Kosovonın üzvlüyünü qəbul etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi