Konya-2021: Azərbaycan voleybol yığması Sudana qalib gəlib

Konya-2021: Azərbaycan voleybol yığması Sudana qalib gəlib Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Koya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.
Komanda
9 Avqust , 2022 12:12
Konya-2021: Azərbaycan voleybol yığması Sudana qalib gəlib

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Koya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, A qrupundakı ilk tur matçında rəqib Sudan yığması olub.

Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.

Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi