KİV: Yaponiya Olimpiadada 90 minə qədər insanı qəbul edə bilər

KİV: Yaponiya Olimpiadada 90 minə qədər insanı qəbul edə bilər Yay Olimpiya Oyunlarını izləmək üçün ölkəyə gələcək əcnəbilərin sayı 90 mindən çox olmamalıdır
Komanda
20 Mart , 2021 08:30
KİV: Yaponiya Olimpiadada 90 minə qədər insanı qəbul edə bilər

Yaponiya hökuməti hesab edir ki, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını izləmək üçün ölkəyə gələcək əcnəbilərin sayı 90 mindən çox olmamalıdır.

“Report”un məlumatına görə, bu barədə “Sankei” qəzeti yazıb.

Qeyd olunub ki, Yaponiya tərəfi ölkəyə gələnlərin sayı 90 min nəfər olacağı tədqirdə yarışların təhlükəsiz keçirilməsini təmin edəcəyinə inanır.

Yarışlarda iştirak edəcək 15 min idmançı da təqdim edilən saya daxildir. Qəbul edilən kateqoriyanın qalan hissəsi hakimlər, məşqçilər, sponsor şirkətlərin nümayəndələri, jurnalistlər, oyunların və ya milli komandaların təşkili ilə əlaqəli digər insanlardır.

Məhdudlaşdırma Yaponiya hökumətinin ölkəyə gələnlərin sağlamlığını izləmək üçün yaratdığı sistemin imkanları ilə əlaqədardır. Bu sistem smartfonlara bir neçə tətbiqi yükləyərək həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi