Kanadalı xokkeyçi 26 yaşında dünyasını dəyişdi

Kanadalı xokkeyçi 26 yaşında dünyasını dəyişdi Kanadanın Edmonton klubunun xokkeyçisi Kolbi Keyv dünyasını dəyişib.
Komanda
448
11 Aprel , 2020 19:36
Kanadalı xokkeyçi 26 yaşında dünyasını dəyişdi

Kanadanın "Edmonton" klubunun xokkeyçisi Kolbi Keyv dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə Milli Xokkey Liqası (NHL) təmsilçisinin rəsmi saytı xəbər yayıb.

26 yaşlı idmançının ölümünə intraserebral qanaxma (beyin qanaxması) səbəb olub. 

Xokkeyçinin beynində qanaxma aprelin 6-da başlayıb və o, dərhal Torontodakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Kolbi Keyv 2018-ci ildən "Edmonton" klubunda çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi