Kanada yığması xokey üzrə dünya çempionu olub

Kanada yığması xokey üzrə dünya çempionu olub Yığma finalda Finlandiya komandası üzərində qalib gəlib
Komanda
23 May , 2016 00:04
Kanada yığması xokey üzrə dünya çempionu olub

Bakı. 23 May. REPORT.AZ/ Kanada yığması 2016-cı ildə xokey üzrə dünya çempionu olub .

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanada yığması finalda Finlandiya komandası üzərində 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, çempionat Moskva və Sankt-Peterburq şəhərlərində mayın 6-dan 22-ə qədər keçirilib.

Kanada yığması bununla 26-cı dəfə turnirin qalib olaraq qızıl medala sahib olub. 

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin də final oyununu "Buz sarayı"nda canlı izləyənlər arasında olub.

Son xəbərlər

Orphus sistemi