Bakı. 30 sentyabr. REPORT.AZ/ Xokkey üzrə Kanada yığma komandası Dünya Kubokunun sahibi olub.
"Report" xəbər verir ki, kanadalı xokkeyçilər Dünya Kuboku-2016-nın final seriyasının ikinci oyununda Avropa yığmasını iki qələbəyədək olan dueldə məğlubiyyətə uğradıblar - 2:1 (0:1, 0:0, 2:0).
Turnir sahibləri birinci periodda qol buraxıblar və bundan sonra uzun müddət gerilikdən yaxa qurtara bilməyiblər. Lakin sona yaxın qələbəni rəqibdən qopara biliblər.
Bundan sonra qələbə seriyasında hesab 2:0 Kanadanın xeyrinə olub. Onlar əvvəl də sözügedən rəqibə 3:1 hesabı ilə qalib gəlib.