Afrikalı voleybolçular Azərbaycanla oyunun hazırlığına qeyri-adi formada başlayıb

Afrikalı voleybolçular Azərbaycanla oyunun hazırlığına qeyri-adi formada başlayıb Kamerunun qadın voleybolçulardan ibarət yığma komandası Azərbaycan millisi ilə V İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi 3-cü yer uğrunda görüşün hazırlıqlarına qeyri-adi formada başlayıb.
Komanda
15 Avqust , 2022 13:35
Afrikalı voleybolçular Azərbaycanla oyunun hazırlığına qeyri-adi formada başlayıb

Kamerunun qadın voleybolçulardan ibarət yığma komandası Azərbaycan millisi ilə V İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi 3-cü yer uğrunda görüşün hazırlıqlarına qeyri-adi formada başlayıb.

"Report"un Oyunların təşkil olunduğu Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma üzvləri qatar formasında düzülərək, arenaya daxil olublar.

Bu zaman afrikalı voleybolçular marş da səsləndiriblər.

Qeyd edək ki, iki komanda arasında oyun Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi