Joze Alesio da Silva: “Araz” Çempionlar Liqasında qrupun top-komandası sayılır"

Joze Alesio da Silva: “Araz” Çempionlar Liqasında qrupun top-komandası sayılır" Bakı. 6 sentyabr. REPORT.AZ/ “Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq”.
Komanda
6 Sentyabr , 2018 14:48
Joze Alesio da Silva: “Araz” Çempionlar Liqasında qrupun top-komandası sayılır

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək “Araz” komandasının baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis bildirib ki, yığmanın yer aldığı VIII qrupun oyunlarının Slovakiyada keçirilməsi meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük verir: “Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. Maltanın “Valletta” kollektivi də sıradan rəqib deyil. Çünki həm “Vytis”, həm də “Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb”.

Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb: “Düzdür, reytinqinə görə “Araz” qrupun top-komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdir. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”.

Azərbaycan millisinə də rəhbərlik edən Alesio heyətdəki dəyişikliklərə də toxunub. O, yerli futzalçılarla güclənməyə çalışdıqlarını bildirib: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizin heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdi. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.

Qeyd edək ki, “Araz” mübarizəyə "Vytis”a qarşı matçla start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. Ölkə çempionu ertəsi gün “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın “Luçenec” kollektivi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi