İtaliya eyni ildə futbol və voleybolda Avropa çempionluğu qazanan ilk ölkə olub

İtaliya eyni ildə futbol və voleybolda Avropa çempionluğu qazanan ilk ölkə olub Kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.
Komanda
20 Sentyabr , 2021 09:37
İtaliya eyni ildə futbol və voleybolda Avropa çempionluğu qazanan ilk ölkə olub

Kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, İtaliya millisi finalda Sloveniyanı 3:2 (22:25, 25:20, 20:25, 25:20, 15:11) hesabı ilə məğlub edib.

Beləliklə, İtaliya eyni ildə həm futbol, həm də voleybolda kişilər arasında qitə çempionatını qazanan ilk ölkə kimi tarixə düşüb.

Bundan əlavə, qadın voleybolçulardan ibarət İtaliya seçməsi də eyni uğuru təkrarlayıb.

Qeyd edək ki, futbol üzrə İtaliya yığması AVRO-2020-nin finalında İngiltərəni əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında 3:2 hesablı məğlubiyyətə uğradıb. 2020-ci ildə gerçəkləşməli olan yarış koronavirus səbəbindən bir il təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi